“Hər bir layihəmiz milli maraqlar çərçivəsində həyata
keçirilir”
Noyabrın 30-da
Heydər Əliyev Mərkəzində “AtaHolding”
ASC-nin 10 illik və “AtaBank” ASC-nin 20 illik yubileyləri münasibətilə təntənəli
mərasim keçirilib.
Tədbirdə çıxış edən “AtaHolding” ASC Müşahidə Şurasının sədri Ahmet Erentok hər iki qurumun yaranma tarixi, fəaliyyəti barədə geniş məlumat verib.
Qeyd olunub ki, “AtaHolding” ASC-nin fəaliyyət göstərdiyi 10 il ərzində Azərbaycanda iqtisadiyyat, sosial, mədəniyyət, idman və digər sahələrdə mühüm işlər görülüb və dünyada iftixarla təqdim oluna biləcək böyük nailiyyətlər və uğurlar əldə edilib: “Bu uğurlar bizi, azərbaycanlı iş adamlarını və şirkətlərini qürurlandırır, bununla yanaşı, daha həvəslə çalışmağımıza ürəkləndirir, imkan yaradır”.
Ahmet Erentok vurğulayıb ki, “AtaHolding” Şirkətlər Qrupu hər bir layihəsini milli maraqlar çərçivəsində həyata keçirir və ötən 10 il ərzində vizyonuna, missiyasına və dəyərlərinə əsaslanaraq gördüyü işlərlə fərqlilik yaratmağa və Azərbaycanın rifahına və inkişafına öz töhfəsini verməyə çalışıb: “Biz öz iqtisadi maraqlarımızı dövlətimizin və ölkəmizin iqtisadi maraqları çərçivəsində tutmuş, ona uyğunlaşdıraraq təmin etmişik. Eyni zamanda, üzərimizə düşən məsuliyyəti dərk edərək sosial və ictimai maraqların təmini üçün də zəruri fəaliyyətləri həyata keçirmişik. Bununla da “Sinerji, Azərbaycan üçün...” şüarımızı reallaşdırmışıq”.
Daha sonra yubiley gecəsi üçün xüsusi olaraq hazırlanmış şoular nümayiş etdirilib, musiqi ifaları səsləndirilib. Tədbir bir çox premyeralarla yadda qalıb.
Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Musiqi Akademiyasının kamera orkestri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Milli marş” adlı əsərini ilk dəfə ifa edib. Bundan əlavə, ilk dəfə balabanın ifasında Üzeyir Hacıbəylinin məşhur “Sevgili canan” əsəri səslənib. Gecədə Azərbaycanda ilk dəfə olaraq “Kölgələr teatrı”nın iştirakı ilə çəkilən “AtaBank”ın yeni imic reklam çarxı nümayiş etdirilib.
Gecədə məlumat verilib ki, Heydər
Əliyev Fondu tərəfindən dahi Üzeyir Hacıbəylinin
eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş
və ağ-qara formatda
olan “Arşın mal alan” filminin bərpası
və rənglənməsi təşəbbüsü irəli
sürüləndə “AtaHolding” bu layihəyə dəstək verib.
“Arşın mal alan” dünya kino sənayesinin əsas
mərkəzi olan Hollivudda
(Los-Anceles) bərpa edilib
və rənglənib. Layihə 9 ay ərzində
həyata keçirilib. Gecədə rəngli
“Arşın mal alan” filminin fraqmentləri nümayiş
etdirilib.
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 15.