Kitabxanada ulu öndərə həsr olunmuş dəyirmi masa

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası) ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” adlı dəyirmi masa keçirildi. Tədbirdə Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, MKS direktorları, Yeni Azərbaycan Partiyasının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclərlə şöbəsinin əməkdaşları, Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsinin magistrantları iştirak edirdi.

Dəyirmi masada AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etdi. Sonda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev - 90” şeir müsabiqəsinin qaliblərinin iştirakı ilə bədii kompozisiya təqdim olundu.

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 15.