Şeir müsabiqəsinin qalibləri təltif
olunub
Noyabrın
29-da Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin təşkilatçılığı ilə
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Xalq
şairi Məmməd Arazın 80 illik yubileyinə həsr
olunmuş şeir müsabiqəsi qaliblərinin və
iştirakçılarının təltifolunma mərasimi
keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbas, Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Məlikməmmədova, şairin yaxın qohumu Qorxmaz İbrahimli, filologiya üzrə fəlsəfə doktoru, professor Qurban Bayramov, Mədəniyyət və Turizm İdarəsi və paytaxtın Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları iştirak edirdi.
İştirakçıların çıxışlarında Məmməd Araz yaradıcılığına bir daha nəzər salındı, şairin Azərbaycan poeziyasında əvəzsiz xidmətlərindən söz açıldı. Sonda müsabiqə qaliblərinin təqdimatında kompozisiya, şairin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.
Şəbnəm
Babaşova,
Səbail rayon MKS-nin Metodika
və biblioqrafiya şöbəsinin müdiri
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 15.