Uşaq musiqi və
incəsənət məktəbləri rəhbərlərinin
zona müşavirəsi
Mədəniyyət və Turizm Nazirliyinin iş planına müvafiq olaraq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris işinin təşkili ilə bağlı zona müşavirələri keçirilir. Oktyabrın 31-də Astara, 18 noyabr tarixində isə Salyan şəhərlərində keçirilmiş zona müşavirələrində müvafiq olaraq Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, həmçinin Salyan, Saatlı, Sabirabad, Neftçala rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rəhbərləri iştirak ediblər.
Bu işin davamı olaraq noyabrın 29-da Şamaxı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşlarının, Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı"nın icrası ilə bağlı görülmüş işlərdən danışılıb. Bədii təhsilin inkişafı, gənc nəslin estetik tərbiyəsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məktəblərdə təhsilin
keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyənin
təşkili, sənədləşmə işinin
düzgün aparılması, təkmilləşdirilmiş
vahid formalı normativ
sənədlərin tətbiqi və digər məsələlərlə
bağlı zəruri məlumatlar və izahatlar
verilib.
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 11.