İsmayıllıda
Məmməd Arazın 80 illiyi qeyd olunub
XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ölkəmizdə
geniş şəkildə qeyd olunur. Noyabrın 27-də
İsmayıllı rayon Mərkəzi kitabxanasında
şairin yubileyi ilə bağlı əbədi-bədii gecə
keçirilib.
Uşaq
kitabxanasının müdiri R.Süleymanova ədibin həyat
yolundan, dərin ictimai məzmunlu poeziyasından söz
açıb. Məktəblilərin ifasında şairin
şeirləri səsləndirilib.
Tədbirdə
çıxış edən MKS-nin direktoru Ə.Ələkbərov
bugünkü qələm əhlinin də qəlbində Məmməd
Araz işığı olduğunu bildirib.
Sonra
müğənnilər S.Abdullayeva, Q.Güləliyev,
P.Şıxıyev Xalq şairinin sözlərinə bəstələnmiş
“Duman, salamat qal, dağ, salamat qal", "Dünya sənin,
dünya mənim", "Ay gözümün nuru, anam,
hardasan?" mahnılarını ifa ediblər.
Mədəniyyət.- 2013. - 4
dekabr.- S. 11.