İki dahi musiqiçinin sənət dostluğu

 

2013-cü il dünyada böyük ingilis bəstəkarı, dirijorpianoçu Edvard Benjamin Brittenin (1913-1976) 100 illik yubileyi qeyd olunur.

Sənətkarın atası Robert Viktor Britten diş həkimi, anası Edit Roda Xoki həvəskar musiqiçi olub. Məhz anasının sayəsində o, erkən yaşlarından musiqiyə maraq göstərib. 1927-ci ildə Britten konsertlərin birində Frank Bric ilə tanış olur onun tələbəsi kimi sənətin sirlərini öyrənməyə başlayır. Daha sonra Londondakı Kral Musiqi Məktəbində təhsil alır. BəstəkarPiter Qrayms başqa operaların müəllifidir. 1962-ci ildə yazdığıHərbi rekviyemona dünya şöhrəti gətirib. B.Britten 1948-ci ildə Oldoboro festivalının əsasını qoyub.

Məşhur bəstəkarın həmyerlimiz, dahi violonçelçi Mstislav Rostropoviçlə tanışlığı 1960-cı ilə təsadüf edir. B.Britten M.Rostropoviçin ifasına heyran olur onu Oldoboro festivalına dəvət edir. O, M.Rostropoviçə üç əsər həsr edib bu əsərləri ilk dəfə görkəmli violonçelçi özü ifa edib. M.Rostropoviç B.Britten dəfələrlə birgə konsertlərdə çıxış ediblər.

Noyabrın 27-də L.və M.Rostropoviçlərin ev-muzeyindəB.Britten M.Rostropoviçin dostluq yaradıcılıq əlaqələriadlı tədbir keçirildi. Qonaqlar görkəmli musiqiçilərin yaradıcılıq əlaqələrini əks etdirən maraqlı sərgi ilə tanış oldular. Muzeyin direktoru Şeyla Heydərova burada qorunub saxlanılan, üzərində elmi araşdırmalar aparılan eksponatlar, habelə bir neçə gün öncə M.Rostropoviçin Sankt-Peterburq arxivindən muzeyə daxil olan dəyərli materiallar barədə danışdı.

Həmin eksponatlar arasında B.Britten M.Rostropoviçin müxtəlif illərdə birgə çıxış etdikləri konsertlərin proqramları, 1963-1964-cü illərdə Moskvanın Böyük zalında keçirilmiş violonçel orkestr üçün konsertin afişası başqa materiallar var.

B.Brittenin dirijorluğu altında M.Rostropoviçin ifasında P.İ.ÇaykovskininRokokomövzusunda variasiyaları, maestronun dirijorluğu altında B.BritteninHərbi rekviyem”inin videoyazısı, M.Rostropoviçin 1968-ci ildə Oldoboro festivalında çıxışının lent yazısı nümayiş olundu.

Tədbirdə tanınmış bəstəkarlar Oqtay Zülfüqarov, Elnarə Dadaşova, rəssam Elturan Avalov, Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova, musiqi məktəblərinin direktorları iştirak edirdi. Rusiyanın ölkəmizdəki səfirliyinin II katibi xanım O.Orlova, Britaniya səfirliyindən xanım E.Uayt çıxış edərək M.Rostropoviç B.Britten haqqında maraqlı məlumatlar açıqladılar.

Sonda konsert proqramı təqdim olundu. Əməkdar artist, violonçelçi Eyyub Əliyev B.Britenin solo violonçel üçün I süitasından “Kanto Primo Lamentoəsərini ifa etdi.

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 11.