Kitabxana əməkdaşları üçün treninqlər

 

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” mövzusunda silsilə treninqlər keçirilir.

 

Bu ilin avqustunda keçirilən ilk treninqdə Samux, Qusar, Siyəzən, Göygöl, Göyçay, Yardımlı, Bərdə, Yevlax, Şuşa, Zəngilan və digər rayon kitabxana əməkdaşları iştirak etmişdilər. Treninqdə kitabxanaların informasiya-resurs şöbəsi əməkdaşlarına veb dizayn sahəsində bilgilər tədris edilmiş, iştirakçılara sayta mətn və şəkil yerləşdirmək, yeni səhifə yaratmaq, eyni zamanda, “Azlibnet” Milli İnformasiya Mərkəzinin struktur quruluşu bölmələri, bloklar, elektron kataloqlarının yenidən qurulmasını təmin edən toplu kataloq, ondan istifadə qaydaları haqqında bilgi verilmişdir.

19-22 noyabr tarixində keçirilən “Kitabxanaların veb saytlarının istifadəçilərin tələblərinə uyğun tərtibatı” mövzusunda ikinci treninqdə Mingəçevir şəhər, Bərdə, Qax, Şirvan, Laçın, Xızı, Şamaxı, Gədəbəy, Abşeron, Qobustan, Biləsuvar, Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi informasiya-resurs şöbələrinin mütəxəssisləri iştirak etmişlər. Treninq iştirakçılarına kitabxana saytlarının müasir standartlara uyğunlaşdırılması yolları tədris edilmişdir. Bir sıra kitabxana saytlarının monitorinqi keçirilmiş, müsbət tərəflər və nöqsanlar birgə müzakirə edilmişdir.

Treninqlər digər mövzularda da davam etdiriləcək.

 

Tahir Sadıqov,

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 11.