Tvinninq layihəsinin üçüncü rüb üzrə işləri yekunlaşıb

 

Növbəti mərhələdə «Turizm və istirahət zonaları» adlı modelin pilot layihəsi üçün Naftalan şəhəri seçilib

 

Dekabrın 3-də Avropa İttifaqının (Aİ) «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı tvinninq layihəsinin rəhbər komitəsinin 3-cü iclası keçirilib.

 

Nazirliyin Turizm şöbəsindən verilən xəbərə görə, iclasda layihə heyəti indiyə qədər görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, 3-cü rüb üzrə fəaliyyət ölkəmizin rayonlarında seminarların təşkili, lisenziyaların verilməsi, marketinq strategiyasının hazırlanması, turizm fondunun yaradılması və statistika kimi əhəmiyyətli məsələləri əhatə edib.

Sentyabr ayında İsmayıllıda və Lənkəranda «Regionalyerli turizmin planlaşdırılması və idarə olunması» adlı seminarlar keçirilib. Seminar iştirakçıları turizm məkanının idarə olunmasının əsasları, Avstriyanın misalında bu sahədə həyata keçirilmiş uğurlu layihələrin təcrübəsi ilə tanış olublar. Seminarlarda ətraf rayonlardan da mədəniyyət və turizm şöbələri, icra hakimiyyətləri və bələdiyyələr, turizm informasiya mərkəzləri, muzeylər və hotellərin nümayəndələri iştirak ediblər.

Üçüncü rübdə layihə heyəti müxtəlif görüşlər də keçirib. Noyabrın əvvəlində layihənin regional tvinninq müşaviri Daiva Çetkutiqanunvericilik komponenti üzrə mütəxəssis Maykl Rafflinqin Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar üzrə başçısı Federiko Bernaproqram rəhbəri Pərviz Yusifovla görüşündə lisenziya qanunu müzakirə olunub. Avropa heyəti lisenziya haqqının yüksək olmasının kiçikorta müəssisələrin turizm biznesinə qoşulması, regionlarda kənd turizminin inkişafı üçün mane ola biləcəyini qeyd ediblər. Qanunvericilik komponenti çərçivəsində kənd turizmin şərtlərinin sadələşdirilməsi və tənzimlənməsi məqsədilə «Turizm haqqında» qanuna düzəlişlərinin edilməsi təklif olunub.

Britaniyanın Turizm Nazirliyinin keçmiş baş icraçısı Tim Bartlett mütəxəssis qismində oktyabrda Azərbaycana gələrək Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi ilə 4 həftə ərzində yaxın əməkdaşlıq edibüçillik (2014-2016) turizm marketinq strategiyasını hazırlayıb. Şöbə ilə razılaşdırılan layihə məhdud resurslardan maksimal dərəcədə faydalanmaq üçün daha çox diqqəti seçilmiş turizm bazarlarına yönəltməyi ehtiva edir. Turizm marketinq strategiyasına əsasən Azərbaycan növbəti 3 il ərzində öz diqqətini müəyyən olunmuş doqquz xarici hədəf bazarına yönəldəcək. Strategiyada ölkənin tanınması üçün xarici nümayəndəliklərin yaradılması və digər bu kimi əsas məsələlər qeyd olunub.

Üçüncü rüb ərzində turizmə dəstək fondunun yaradılması istiqamətində müəyyən işlər görülüb. Avstriya Turizm Bankının nümayəndəsi Gerfrid Brunner bu sahədə təcrübəsini bölüşmək məqsədilə Azərbaycana gəlib. Səfər zamanı Avropa İttifaqının ən yaxşı təcrübə örnəyi sayılan, 40 işçidən ibarət və ildə 1500-2000 ortakiçik müəssisələri dəstəkləyə bilən Avstriya Turizm Bankının fəaliyyəti nümunə kimi təqdim olunub. Azərbaycanda turizm fondunun yaradılması barədə edilən təklif ümumi turizm strategiyası və dövlət prioritetləri ilə sıx əlaqədə olan portfolio strategiyasını müəyyən etməkdən ibarətdir. Fond əmanətçiləri subsidiya proqramının təlimatlarının hazırlanması və turizm sahəsində çalışanlar üçün treninqlərdə iştirak kimi imkanlarla təmin eləməlidir. Maliyyə üstünlüklərdən əlavə fond turizm sahəsində “know-how” tətbiqində də kömək göstərəcək.

Bundan əlavə, Avstriya Statistika Komitəsinin keçmiş baş direktoru Peter Haklın ölkəmizə mütəxəssis qismində təkrar səfər edib. Mütəxəssisin təşəbbüsü ilə Dövlət Statistika Komitəsində «Turizm statistikası» adlı seminar keçirilib. Onun hazırladığı təqdimatda Statistika Komitəsinin rəsmi nəşrlərinə əsasən turizm statistikanın hazırkı vəziyyəti və statistikanın yaradılma prosesində müşahidə edilən müsbət və mənfi aspektlər qeyd olunub.

Ümumilikdə əldə olunan nəticələr tvinninq layihəsi rəhbər komitəsinin 3-cü iclasında təsdiq olunub. Tədbirdə «Turizm və istirahət zonaları» adlı modelin yaradılması və idarə olunması üçün Turizm şöbəsinə dəstəyi ehtiva edəcək layihənin 4-cü komponentinin məqsədləri barədə də danışılıb. Həmin modelin pilot layihəsi qismində ən münasib turizm zonası kimi Naftalan şəhəri seçilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 10.