Xalq artisti Vaqif Mustafayevə Prezidentin fəxri diplomu təqdim olunub
Ölkə başçısı İlham Əliyevin 28 avqust 2013-cü il tarixi sərəncamı ilə görkəmli rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayev silsilə sənədli filmlərin yaradılmasında
xidmətlərinə görə
“Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Noyabrın 29-da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev fəxri diplomu Vaqif Mustafayevə təqdim etdi. Rejissoru təbrik
edən nazir bildirdi ki, ölkə
Prezidenti tərəfindən
təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən
yüksək qiymətdir.
Mədəniyyət xadimlərinə
göstərdiyi diqqət
və qayğıya görə dövlətimizin
başçısına dərin
minnətdarlığını bildirən nazir son illər Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra layihələrin
həyata keçirildiyini,
Azərbaycan mədəniyyətinin
geniş şəkildə
təbliğ olunduğunu
dedi.
Vaqif Mustafayevin
yaratdığı filmlərin
böyük rəğbətlə
qarşılandığını söyləyən Əbülfəs
Qarayev kinorejissorun ərsəyə gətirdiyi
ekran əsərlərinin
Avropa kinofilmləri ilə müqayisə olunduğunu qeyd etdi. Əbülfəs Qarayev
rejissorun rəhbərlik
etdiyi “Space” telekanalı
ilə Mədəniyyət
və Turizm Nazirliyi arasında sıx əməkdaşlıq
qurulduğunu, mədəniyyət
sahəsində birgə
layihələrin həyata
keçirildiyini də
diqqətə çatdırdı.
Öz növbəsində
Vaqif Mustafayev ona göstərilən diqqətə görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək mədəniyyət, incəsənət
sahəsində çalışanlara
belə mükafatların
təqdim edilməsinin
onların əməyinə
verilən ən böyük qiymət olduğunu vurğuladı.
Fəxri diplomun nazir tərəfindən ona təqdim edilməsinin çox xoş olduğunu deyən Vaqif Mustafayev kino sənətimizin inkişafı və dünyada tanınması istiqamətində Mədəniyyət
və Turizm Nazirliyinin gördüyü
işləri yüksək
qiymətləndirdi, bu
fəaliyyətin gələcəkdə
uğurla davam etdirilməsini arzuladı.
Sadiq
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 7.