“Gəncləşən muğam

 

Hökumətlərarası Komitənin sessiyasının iştirakçılarına konsert proqramı təqdim olunub

 

Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində muğam müsabiqələri laureatlarının iştirakı ilə “Gəncləşən muğam” adlı konsert təqdim edilib.

Konsert UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçıları üçün nəzərdə tutulmuş mədəni proqramlar çərçivəsində təşkil olunub.

Proqramda gənc muğam ifaçıları - İlkin Əhmədov, Nigar Şabanova, Vəfa Vəzirova, Babək Quliyev muğam, bəstəkar və xalq mahnılarını ifa ediblər. Sonda xanəndələr “Qarabağ şikəstəsi”ni birlikdə oxuyublar. Onları Rövşən Qurbanovun rəhbərliyi ilə “Butamilli instrumental ansamblı müşayiət edib.

Gənc xanəndələrin çıxışları qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 3.