Aşıq Şəmşirə
həsr olunmuş elmi
konfrans
Dekabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitutunun və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə Folklor İnstitutunun dəvəti ilə türk dünyasının tanınmış musiqişünas alim və sənətkarları da iştirak ediblər.
Konfransda bildirilib
ki, şəcərəsi Miskin
Abdal soyundan başlanan, el şairi ağdabanlı Qurbanın oğlu Aşıq Şəmşirin bu il anadan
olmasının 120 illiyi qeyd
edilir. Ustad sənətkar
Azərbaycan klassik aşıq şeirinin əksər janr
və formalarında mükəmməl nümunələr
yaradıb, 70-dən artıq saz
havasını və 20-dən çox
dastanı peşəkarlıqla ifa edib. Onun zəngin irsi Azərbaycan ilə yanaşı, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.
Mədəniyyət.- 2013.- 6
dekabr.- S. 14.