Mançesterdə
Azərbaycan mədəniyyəti günləri
Mançester Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizin mədəniyyət günləri keçirilmişdir.
Mərasimdə universitetdə təhsil alan azərbaycanlı tələbələr dünyanın müxtəlif ölkələrindən olan qonaqlara ölkəmizin mədəniyyətini, tarixini, turizmini əks etdirən bukletlər və kitabçalar paylayıblar.
Tədbir çərçivəsində, həmçinin
Azərbaycanın füsunkar bölgələrini
əks etdirən fotolar sərgilənib.
“Sarı gəlin”in də daxil olmaqla xalq
mahnılarımız səsləndirilib, milli
rəqslərimiz ifa edilib.
Mədəniyyət.- 2013.- 6
dekabr.- S. 13.