“UNESCO-nun
siyahısına təklif edə biləcəyimiz Molla Nəsrəddin və Koroğlu
kimi ortaq dəyərlərimiz
var”
“UNESCO-nun
“Qeyri-maddi mədəni irs Siyahısı”na salınması
üçün Novruz bayramını Azərbaycan və
Türkiyə birlikdə təklif etmişdi. Gələcəkdə
siyahıya təklif edə biləcəyimiz Molla Nəsrəddin
və Koroğlu kimi ortaq dəyərlərimiz var”.
Bu
sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
Bakıda keçirilən 8-ci sessiyasının
iştirakçısı, UNESCO üzrə Türkiyənin
Milli Komissiyasının Qeyri-maddi mədəni irs komitəsi sədrinin
katibi Metin Ekici deyib.
O, nəzərə
çatdırıb ki, ortaq qeyri-maddi mədəni irs nümunələrimizi
qoruyub-saxlamaq, gələcək nəslə çatdırmaq,
öz kimliyimizi tanıtmaq baxımından belə tədbirlər
vacibdir.
Türkiyə
təmsilçisi belə bir mötəbər tədbirə
uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan
hökumətinə təşəkkürünü bildirib.
Metin Ekici bir ay əvvəl Azərbaycan paytaxtında
keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda
iştirak etdiyini söyləyərək deyib ki, belə tədbirlər
beynəlxalq səviyyədə Azərbaycanın
tanıdılması istiqamətində uğurlu
addımların atıldığını göstərir.
Mədəniyyət.- 2013.- 6
dekabr.- S. 11.