“Bütün
bunlar bir azərbaycanlı
olaraq məni çox
sevindirir”
Sənubər
Bağırova,
sənətşünaslıq namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti
- Azərbaycanda belə bir
tədbirin keçirilməsi böyük
hadisədir. UNESCO-nun “Qeyri-maddi
mədəni irsin qorunması üzrə
Konvensiyası”nın 10 illik yubileyində bu qədər ölkələrin nümayəndələrinin
Bakıda bir araya gəlməsi
sevindirici haldır. Biz
bu hadisəyə çox
böyük önəm veririk.
Sessiyada müzakirələr işgüzar şəkildə
aparılır. Azərbaycanda keçirilən bu tədbir çox
yüksək səviyyədə təşkil edilib.
Çox sevinirəm ki,
ölkəmizin beynəlxalq nüfuzu, Azərbaycanın
birinci xanımı, UNESCO-nun
xoşməramlı səfiri Mehriban
Əliyevanın təşəbbüsləri sayəsində bu gün bu
təşkilatı ölkəmizdə qonaq
edirik. O insanlarla
ki, mən illər boyu
Parisdə və digər ölkələrdə
görüşürəm onlar mənə
yaxınlaşıb deyirlər ki, sizin nə gözəl şəhəriniz və
təşkilatçılığınız var.
Bütün qonaqlar tədbirin
gedişatından və təşkilindən olduqca
razıdırlar və sözsüz ki, bütün bunlar bir azərbaycanlı
olaraq məni çox
sevindirir.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 6
dekabr.- S. 11.