Sessiya Azərbaycanın nailiyyətlərini təbliğ etmək üçün yaxşı fürsətdir”

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası Azərbaycanın nailiyyətlərini təbliğ etmək üçün çox yaxşı fürsətdir”. Bu sözləri sessiyanın iştirakçısı, Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Əlbeyəli jurnalistlərə müsahibəsində bildirib.

Sessiyanın təşkilini yüksək qiymətləndirən Məhəmməd Əlbeyəli deyib ki, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınmasına və onun nüfuzunun daha da yüksəlməsinə imkan yaradır. Müxtəlif ölkələrin təmsilçiləri bütün dünyanı narahat edən suallar ətrafında müzakirələr aparırlar.

Azərbaycan paytaxtı haqqında fikirlərini bölüşən qonaq Bakıda mehribanlıq və qonaqpərvərliklə qarşılandıqlarını vurğulayıb: “Səudiyyə Ərəbistanı Azərbaycanın dostudur, bizim aramızda çox sıx iqtisadi və mədəni əməkdaşlıq mövcuddur. Düşünürəm ki, bütün sahələrdə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.

 

Mədəniyyət.- 2013.- 6 dekabr. S. 6.