“Azərbaycan və
UNESCO arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”
“Daim inkişaf edən və
möhkəmlənən UNESCO-Azərbaycan əlaqələri
xalqımızın qədim, zəngin mədəniyyətinin
beynəlxalq miqyasda tanıdılmasına, onun nailiyyətlərinin
dünyada nümayiş etdirilməsinə geniş imkanlar
yaratmışdır”.
Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasına müraciətində vurğulanır.
Sessiyasının işinə və bütün iştirakçılara uğurlar arzu edən dövlət başçısı tədbirin “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın 10 illik yubileyinə təsadüf etməsinin xüsusilə əlamətdar olduğunu diqqətə çatdırır: “Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunmuş və mühüm layihələr gerçəkləşdirilmişdir. UNESCO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olmuşdur”.
Müraciətdə qeyd olunur ki, Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz bayramının, xalqımızın maddi mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir.
Dövlət başçısı 2013-cü ilin iyul ayında Azərbaycanla
UNESCO arasında təhsil, elm, mədəniyyət
və informasiya sahələrində əməkdaşlıq
haqqında Çərçivə Sazişinin
imzalanmasının əhəmiyyətini vurğulayır: “Azərbaycan və UNESCO arasında
qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuş və qlobal
çağırışların həllində birgə səylərimizin
daha da gücləndirilməsinə
əlverişli zəmin hazırlamışdır. Əminəm
ki, sessiyanız öz
qərarları ilə ümumbəşər mədəni
irsinin qorunub
saxlanması, dünya mədəniyyətləri
arasında dialoq və anlaşmanın dərinləşməsi
işinə layiqli töhfəsini verəcəkdir”.
Mədəniyyət.- 2013.- 6
dekabr.- S. 2.