“Multikulturalizm
prosesləri qloballaşma şəraitində”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Multikulturalizm prosesləri qloballaşma şəraitində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Universitetin 90 illik yubileyi çərçivəsində təşkil edilən tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev təhsil ocağının təkcə sənətkarlıq ənənələrilə deyil, həm də nəzəri biliklər sahəsində elmi-tədqiqat fəaliyyəti ilə tanındığını deyib. Bu baxımdan universitetin kulturologiya fakültəsinin keçirdiyi konfransın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, multikulturalizm Azərbaycanda həyat tərzidir. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, dini dəyərlərini inkişaf etdirməkdə bərabər hüquqa malikdir.
Konfransda “Multikulturalizm
qloballaşma hadisəsi kimi”,
“Azərbaycan-Rusiya mədəni əlaqələri”, “Qloballaşma: Türkiyə-Azərbaycan
mədəni əlaqələr”, “Azərbaycanda yaşayan almanların tarixi”,
“Azərbaycanda multikulturalizmin sosial-mədəni
aspektləri”, “Azərbaycanda yaşayan yəhudilərin
tarixi”, “Azərbaycanda yaşayan
udinlərin tarixi” və digər mövzularda məruzələr təqdim olunub, mövzu ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 6.