“O olmasın, bu olsunləzgi dilində

 

Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsunmusiqili komediyası bu dəfə Qusar Dövlət Ləzgi Dram Teatrında ləzgi dilində oynanılıb. Noyabrın 29-da reallaşan premyera yerli teatrsevərlərin böyük marağına səbəb olub.

 

Bu barədə qəzetimizə məlumat verən teatrın direktoru Faiq Qardaşov tamaşanın fərqli cəhətləri aktyor oyunu barədə söhbət açdı: “Dünyaca məşhur musiqili komediya əsasında hazırladığımızMəşədi İbadadlı tamaşa daxili imkanlar hesabına ərsəyə gəlib. Teatrımızın quruluşçu rejissoru Bağır Əhmədovla birgə hazırladığımız səhnə əsəri müxtəlif teatrlarda oynandığından az qala hər kəs əzbər bildiyindən ona yeni, fərqli, bir az maraqlı tərtibat elementləri qatmağa çalışdıq. İlk olaraq deməliyəm ki, hazırlanan dekorasiyalar yeni idi. Səhnədə Məşədi İbad Rüstəm bəy üçün ev qurmuşduq. Tərtibatçı rəssamlar İlqar Burziyev ilə Marina Mahmudovanın təqdim etdikləri bu nümunələr dövrü əks etdirməklə yanaşı, tamaşanın dinamikasına da təsir etdi”.

Tamaşadakı obrazlar aktyorların ifa elementləri barədə danışan direktor əsərdən irəli gələn çevik manevrlər, yüksək tempin aktyorların imkanları ilə səsləşdiyini bildirdi: “Məşədi İbad rolunu tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov oynayırdı. Tamaşanın əsas yükünü çəkən Məşədi İbad rolu bu mənada maraqlı bir o qədər çətin idi. Əsas etibarilə Məşədi İbad (Bağır Əhmədov) Student Sərvər (Yalçın Qaraxanov) Gülnaz xanımın (Esmira Paşayeva) məhəbbət üçbucağının komik həlli digər obrazların da ifasını istiqamətləndirirdi.

Hambal Sənəm (Afən Hüseynov Rübabə Qasımova) obrazlarının komik təqdimatı da tamaşaçıları qəhqəhələrə qərq edirdi”.

Teatr rəhbəri digər aktyorlardan Pirverdi Pirverdiyev (Əsgər bəy), Vüsal Qaraxanov (Rza bəy), Rəşid Salmanov (Həsənqulu bəy), Yuriy Kərimov (Həsən bəy), Tacir Şahbazov (Məşədi Qəzənfər), Çingiz Ramazanov (Kərbəlayi Nəsir) İsmət Sdiyevin (Usta Məhərrəm) obrazlarının öhdəsindən məharətlə gəldiyini vurğuladı.

Onu da qeyd edək ki, tamaşada Ü.Hacıbəylinin bəstələdiyi musiqilərin not partituraları da ləzgi dilində ifa olunub bu məqam xüsusilə maraqla qarşılanıb.

 

 Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 13.