Vətən aşiqi...

 

Azərbaycanımıza “anamın anasısan” deyən Nəbi Xəzri...

 

Böyük sərkərdələr, elm, ədəbiyyat-sənət adamları tarixin hərəkət-bərəkətsiz, başına-boşuna keçməməsinin təminatçılarıdır. Onların yaratdıqları qüdrətdən yaradılmışların bəşər əlavəsidir. Gözəl şairimiz Nəbi Xəzri də onlardan biri...

 

Doğulduğu evin sevimlisi olmuş, gələcəyin seçilmişi olası bu soydaşımız paytaxtımızın lap yaxınlığında - Xırdalan kəndində dünyaya göz açıb. İyirmi yaşına çatar-çatmaz, nə kəndinə sığışıb, nə soyadına. O vaxtadək Xəzərin gilavarıyla xoşallanıb, xəzrisiylə coş-daşallanan sıravi soydaşlarına qoşular-qoşulmaz, zövqalanlar qismindən seçilib, günü-gündən məşhurlaşan zövqverənə - Nəbi Xəzri isminə çevrildi. Gah həlim, gah fırtınalı bu dənizin - təxəllüs adaşının “qovğalı dalğalar”ını poetik-poetik, qırçın-qırçın, pıçıl-pıçıl pıçıldaşdırdı. Buruqlarını “başını bara əyib, vara qaldıran” təvazökar varlıqlara təşbeh etdi. Bakı fəhlələrini “aləmi bəzəyib, ailəsinə çıraq tutan vətəntikənlər”ə oxşatdı. Abşeronun meynə kölgəliklərini təbii “meyxanalara, əncir ağaclarını bal arısı pətəklərinə, adamlarını folklor cəmiyyətinə, təblilərini söz, cavanlarını göz ovçularına bənzətdi. Yaşı on yeddiyə yetməmiş - istehsalata, on səkkizə çatmamış - müharibəyə getdi. 1943-cü ildə yaralanıb tərxis olunsa da, doğma vətənə sapsağlam bir yaradıcılıq ruhu ilə qayıtdı. Elə həmin ildən müharibənin sonunadək “Kommunist” qəzeti redaksiyasında korrektor, sonralar sədr müavini seçiləcəyi Azərbaycan Radiosunda diktor işlədi. Öz xidmətləri, gözəl yaradıcılığı, SSRİ və Azərbaycan Dövlət mükafatları, “Xalq şairi” adı ilə tarixin “10 dekabr 1924-cü il” statistikasını xalqın yaddaş salnaməsinə öz doğum tarixçəsi kimi köçürdü...

 

İş-gücdə də poetiklik...

 

Dadlı istedad, seçkin qabiliyyətlərlə doğulub, Xəzriliyə doğru çox iri və təəccüb doğuracaq qədər diri addımlarla irəliləyən Nəbi ali təhsil körpüsündən də keçməliydi.

1945-ci ildən 1952-yə qədər onun adı iki universitet, bir institut jurnallarına yazıldı. O öz şair ürəyi başında üç tələbə bileti daşıdı: 1945-47-də ADU (BDU), 1947-49-da Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti, 1949-50-ci illərdə M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutu.

Moskva Ədəbiyyat İnstitutunu bitirdiyi gündən 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləməyə başlayır. Müasirlərinin söyləmələrinə görə, onun məsləhətlərilə istedadkülçə”ləri yonula-yonula parlayıb ədəbiyyat evimizə işıq saçanlar da olub, pedantlıq kələf-kələkləri açıla-açıla, yamaq götürməyən bu əbədiyyət evindən baş götürüb (qələm atıb) qaçanlar da.

O, 1957-58-ci illərdəƏdəbiyyat incəsənətqəzetində ədəbi işçi kimi çalışan yazıb-yaratmaq eşqilə çağlayan şair 1959-65-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində işləyib. Bu işdə özünü bir idarəçi kimi təsdiq edən şairrəsmiyyət yaradıcılığı”nın daha yüksək pillələrinə qədəm qoyur; 60-cı illərin sonlarında Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilir. Efir-ekranımıza intellektual mizan-düzən, kolorital dil-üslub, səs-nəfəs gətirir. Sonra respublika mədəniyyət nazirinin müavini olaraq, o vaxtlar adınatəşəbbüsdeyilən layihələrə qol qoyur, milli düşüncə vətəndaş çaba-çalışmaları ilə yorulmadan çalışır, kültürümüzün arxeo-genolojiliklərini daha qədimliklərə, şan-şöhrət gələnəklərini daha müasirliklərə çatdırmaq cəhdləri edir.

Sonralar Azərbaycanın Xarici Ölkələrlə Dostluq Mədəni Əlaqə Cəmiyyəti rəyasət heyətinin sədri vəzifəsinə təyin edilən Nəbi Xəzri 1992-ci ildəAzərbaycan Dünyası” - Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən həmin təşkilatın prezidenti seçilir.

O, çox vəzifələrə təyin edildi, seçildi. Amma həm əhatəsindəkilərdən xeyli, bəzən çox seçildi, fərqləndi. Baxışların, nəzərlərin bütün rakurslarından göründü. Bax bu an rəhmətliyin ruh qutluğu naminə çox xatiratlar söyləmək istəyim olsa da, yığcamlıq xatirinə birciyini boylayım: İsmayıllı rayonundakı kəndlərdən birindəbağ belə-bostan beləmotivli sovet dastanı söyləyən kolxoz sədri “Biz büdcəmizdəki məbləğə görə rayon üzrə başda gedirik!” deyib, hörmətli qonaqdan məmnun baxış, sürəkli alqış gözləyirkən, Nəbi Xəzrinin tonallıqca asta, zəhmcə ağır usta sözlərini eşidir: “Başda gedən o məbləğlə nöşün bu kolxozçuların cırıq ayaqqabılarını da yamatdırmırsız?!”

busərtvətəndaşın incə-incə, zərif-zərif -

 

Könül duyğuları...

 

Yarım əsrdən çox yaradıb-yarıtmış bu könülün hansı ilməsindən başlayıb, hansı notunda qurtarasan? Çəmənzarındakı hankı gülünü gülləyib, ritmik qafiyəstanındakı hankı ladı tutasan? Saysız mahnı mətnlərini sadalayıb, bütün bunları məndən yaxşı bilən, məndən çox sevən oxucularımızabaşağrısıedəsən?..

Mətləbə necə keçək? Hər çiçəkdən bir ləçəkdaha məqbuldu, məncə. öncə mahnılarından birini çəkək meydana. Özü öz qələm-qazarı ilə dağlar kimi ucaltdığıDərələr”i. Həm bu şairin yaradıcılığı haqda yazılmış kifayət qədər yazılardan, tədqiqatlardan bir xeyli fərqli yozumda.

Kim bilmir ki, klassiklərimiz dağlar haqqında çox deyiblər, çox yazıblar. Hərəsinin ayrıca bir dağ obrazı, “dağ qardaş”ı, dağ sirdaşı var onların. Dərələr haqqında (aşağılıq ehtiva edən dərinliklər barədə) isə buşəhər balası”ndan yaxşı deyən birkəndçi balasıtanımam!

Yaşıl-yaşıl dərələr”. Yaxşıdır, amma ağılagəlmə, deyilmə mümkünlüyündən xali deyil. Bəs, “mışıl-mışıl dərələr”?! Bəs, “Sizdən qalxan dumanlar dağlara salammıdır”?! Yox, əfəndilər, bu, deyəsən, ədəbi Kolumbluqdur. Bu, “Qumral gözlərinlə al...” kimi ecazkar ifadələrilə duyğularımızın canını alan Müşfiqlikdir, “...çəkməyə dara xoş gəldin!” “cinayətliƏləsgərlikdir. mənim bu nəsri vurğunluğumun ardınca bu şeirdən bir neçə bəndə birbaşa bənd olmaq gərək:

 

Çinarlar qatar-qatar,

Qalxıb zirvəyə çatar,

Dağa qısılıb yatar,

Mışıl-mışıl dərələr,

Yaşıl-yaşıl dərələr...

 

Sevdiyiniz ağaclar -

Küknarmıdır, şammıdır?!

Sizdən qalxan dumanlar

Dağlara salammıdır?

 

Quş kimi üstünüzdən

Qanad çalım, dərələr!

Şamlıqda bir axşamlıq

Qonaq qalım, dərələr!

 

Deyirəm, pir olmuş bu şair hansısa bir poetik səhərdə, axşamda, ya sentimental bir gecədə bunu yazıb, məsələni başa vurub durmuşdu ! Ancaq hansısa bir melodik günün axşamındamı, səhərindəmi nur olmuş Şövkət xanım Ələkbərova unudulmaz Emin Sabitoğlunun bu sözlərə yazdığı mahnını avaza çəkib bizi havalandırdı buMəlikməmməd”i mahnınınyandım, çəkin!” dəmində şairin növbəti bir yanğılı şeirilə alovlanmağa başladı:

 

Əgər ki yıxılsam, çinar göstərin -

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə, Göygölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə, həmişə sənsən gümanım -

Canım-gözüm mənim - Azərbaycanım!

 

, uca oxucum, bir gözqırpımılıqtaym-autet ki, - məni emosionallıqda qınayasılara ciddi təşəkkür, həmkarlıq edəsilərəsə belə bir xitab etmək istər könül: arana rahat baxmaq üçün buradakı poetik çinardan daha təbii etibarlı dayaq, cahanı seyr üçün buradakından daha ekzotik, aydın, alagöz göz, neo-optik eynək, bədii-parlaq bəbək varmı?

Bu əda-ədatsız sualımı ədalətlə cavablandırmağınız üçün davam edək:

 

Sən günəş, mən isə bir zərrə kimi -

Diriykən oğlunam, ölsəm - torpağın.

Sən ki döyündürdün mənim qəlbimi -

Sən uca çinarsan, mənsə yarpağın.

Mənəm sənin özün, ey eşqim-canım,

Sənsən özüm mənim - Azərbaycanım!

 

Bəli, başlıqdakı söz; “anamın anasısan!..Böyük, bəşəri nəğməkarımız Müslüm Maqomayevin oxuduğuAzərbaycanmahnısındakıQardaşlıq dünyasısan, anamın anasısan, Azərbaycan!” misraları!

Elə deyirəm, könlünüzü poeziya üstdə kökləmişkən, şairinŞeir nədir mənimçünşeirindən bir nümunə:

 

Şöləsi olsa da neçə min sirrin,

Şeirsiz günlərim zülmət axşamdır.

Alnımda şırımı mirvari tərin

Ömrüm şeirlə əriyən şamdır.

 

Hicranı acıdır, əzabı şirin,

Şeir mənim balam, mənim bəlamdır.

Balamdır, qalamdır, bir inamdır!..

 

Bundan o yana deyəsən, yazasan? Uzaq başı bir neçə kitabının adlarını: “İllər sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “ şimşəklər”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi”... Bir “10 dəqiqə poeziya”, “Çiçəklənən Abşeron”, “Zirvə buludu”, “Şeir mənim üçün bir kainatdır”, “Nəbi Xəzri”, “Şeirin xəzrisikimi kino-telelentlərdən ibarət filmoqrafiya...

Qədim alxışlar içrə belə birisi var: “Qılıncın kəsərli olsun!” Hələlik tam formalaşıb dil-ağıza düşməmiş belə birisi var: “Heç bir xalq qılıncsız-qələmsiz olmasın”. bu məqamda, qılıncla qələmi qardaşlaşdıran adaşlıq - Qaçaq Nəbi ilə Xəzri Nəbi!

Onlardan qılınclının bığları eşmə-eşmə idi, qələmlinin sözləri seçmə-seçmə.

Bu fikir mənə belə bir sonluq diktə edir: Qılınc-Nəbi dağlarımızda at oynatdı, Qələm-Nəbi dərələri dağlar kimi ucaltdı. BirinəPapağı güllədən deşmə-deşmədir”, - dedilər, biriSənət - basılmayan məğrur qalamdır”, “Şeir mənim balam, mənim bəlamdır” - dedi. O Nəbi igidliyilə el-elatına həyan oldu, bu Nəbi istedadıyla məmləkətimizin qəlbini bu dünyaya bəyan etdi. Baba-Nəbi bu dünyanı Boz at belində tərk etdi, nəvə-Nəbi Yaz-yoz at təhər-tövründə...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 12.