Cənubi Qafqaz sərhədyanı ölkələrinin
turizmi
Azərbaycan
Turizm İnstitutunun (ATİ) magistratura, doktorantura və əlavə
təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri
namizədi, dosent Nəsrulla Nəsirli və beynəlxalq əlaqələr
şöbəsinin mütəxəssisi Orxan Musa
Gürcüstanın Batumi şəhərində keçirilən
«Cənubi Qafqaz sərhədyanı ölkələrinin
turizmi» mövzusuna həsr olunan üçüncü əməli
görüş-seminarın iştirakçısı olub.
Ənənəvi olaraq hər il keçirilən görüş-seminarda institut əməkdaşları «Azərbaycanda inkişaf perspektivləri olan turizm növləri» haqqında məruzə-təkliflərlə çıxış ediblər. Azərbaycanın turizm potensialı və turizm növləri, inkişaf perspektivləri, region ölkələri üçün «müalicə turizmi», «uşaq və gənclər turizmi» kimi aktual problemlərin həlli yollarının elmi izahına əsaslanan təkliflər paketi seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Üç qrup formatında iki gün davam edən əməli görüş-seminarda N. Nəsirli və O.Musanın region universitetləri, müvafiq ali təhsil müəssisələrinin inkişafı, vahid elmi jurnal və veb saytın yaradılması, doktorantlar üçün təqaüdlərin, həmçinin yay məktəblərinin təşkili barədə irəli sürdükləri təkliflər geniş fikir mübadiləsinə səbəb olub. Görüş seminarın sonunda Türkiyə, İran, Gürcüstanın müvafiq ali təhsil, turizm nazirlik və agentliklərinin nümayəndələri arasında memorandum imzalanıb. Növbəti əməli görüş-seminarın İranda keçirilməsi qərara alınıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 9.