Sessiya iştirakçıları üçün muğam
dəstgahı
Dekabrın 7-də Beynəlxalq Muğam
Mərkəzində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasının iştirakçıları üçün möhtəşəm muğam axşamı təşkil edilib. Gecədə Xalq artisti, UNESCO mükafatçısı,
görkəmli muğam ifaçısı
Alim Qasımov və qızı - Əməkdar
artist Fərqanə Qasımova möhtəşəm
konsert proqramı ilə
çıxış ediblər. Onların ifasında təqdim
olunan “Şur” muğam dəstgahı alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 7.