Bakı
sessiyası TRT kanalında
Dekabrın 6-da Türkiyənin TRT-1 kanalında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyası haqqında xəbər təqdim edilib.
Proqramda Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olduğu vurğulanıb. Bildirilib ki, son vaxtlar bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakıda Türkiyə üçün olduqca önəmli bir qərar qəbul edilib. İki ildir bir çox səylərə baxmayaraq təsdiq edilməsi ləngiyən türk qəhvə hazırlama ənənəsi, nəhayət, Bakı sessiyasında “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınıb.
Vurğulanıb ki, bu fakt qardaş
ölkədə sevinc hissi
ilə qarşılanıb. Xəbərdə qeyd
olunur ki, “Bəşəriyyətin
qeyri-maddi mədəni irsinin
Reprezentativ Siyahısı”nda Türkiyənin
“Mesir macunu”, “Karagöz”, “Kırkpınar”,
“Aşıklık” - ümumilikdə 10-a yaxın mədəni
irs nümunəsi yer
alıb.
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 7.