Firəngiz
Əlizadənin əsəri Sankt-Peterburqda
səslənib
Dekabrın 2-4-də Rusiyanın Sankt-Peterburq şəhərində II Beynəlxalq Mədəniyyət Forumu təşkil edilib. Forum çərçivəsində Dövlət Ermitajında müasir bəstəkarların «Musiqi bu gün» assambleyası təşkil edilib. Tədbirdə Giya Kançeli (Gürcüstan), Kşiştof Meyer (Polşa), İnam Lif (İsrail), Aleksandr Çaykovski (Rusiya), Aleksandr Knayfel (Rusiya) kimi müasir musiqinin görkəmli nümayəndələri ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin violonçel və orkestr üçün «Mərsiyə» əsəri ifa olunub. Bu əsərin ifası üçün məşhur alman violonçel ifaçısı Yulius Berger foruma dəvət edilib.
Qeyd edək ki,
Beynəlxalq Sankt-Peterburq Mədəniyyət
Forumu artıq ikinci dəfədir
ki, keçirilir. Budəfəki
Forumda 50 ölkədən 2000-dək dünya miqyasında tanınmış mədəniyyət
və incəsənət xadimi iştirak edib.
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 7.