Teatr əlaqələri genişlənir

 

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və prodüser şöbəsinin müdiri Rəcəb Məmmədov Makedoniyada səfərdə olublar. Onlar Makedoniya Milli Teatrının yeni binasının açılış mərasimində iştirak ediblər.

Açılışdan sonra teatr Makedoniyanın məşhur modernist yazıçısı Cordan Pleneşin pyesi əsasında hazırlanmış “Əbədi ev” tamaşasını nümayiş etdirib. Deyan Praykovskinin quruluşunda hazırlanan tamaşada Makedoniya teatrının ən yaxşı aktyorları iştirak edir.

Təntənəli açılış mərasimində Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, teatrşünaslar, direktorlar, teatr prodüserləri, festival təşkilatçıları iştirak ediblər. İ.İsrafilov və R.Məmmədov səfər əsnasında Makedoniyanın teatr xadimləri, eləcə də dəvət olunmuş qonaqlarla işgüzar görüşlər keçiriblər.

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 7.