“Milli mədəniyyətin
inkişafında ADMİU-nun prioritet mövqeyi”
Dekabrın 10-da Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
(ADMİU) bu ali
məktəbin 90 illik
yubileyinə həsr olunmuş “Milli mədəniyyətin
inkişafında ADMİU-nun prioritet mövqeyi” mövzusunda elmi-nəzəri
konfrans keçirilib.
Universitetin rektoru, filologiya
üzrə elmlər doktoru, professor Timuçin
Əfəndiyev tədbirdə
çıxış edərək
ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə daim
böyük önəm
verdiyini, ulu öndərin ideyalarının
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə
həyata keçirildiyini
bildirib.
Ölkə Prezidentinin “Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin 90 illik yubileyinin keçirilməsi
haqqında” 2013-cü il 1 mart tarixli sərəncamının əhəmiyyətini
vurğulayan rektor ali məktəbin inkişaf mərhələlərindən,
qazanılan nailiyyətlərdən
danışıb. Professor T.Əfəndiyev,
eyni zamanda, universitetdə çalışmış
görkəmli alim və sənətkarların
mədəniyyətin inkişafına
böyük töhfələr
verdiklərini diqqətə
çatdırıb.
Universitetin tədris işləri
üzrə prorektoru, professor Rafiq Sadıqov “ADMİU-nun inkişaf
tarixi” mövzusunda məruzə edib. Professorlar Aqşin Babayev, Məryəm Əlizadə və digər alimlərin də məruzələri
dinlənilib. Məruzəçi universitetin fəaliyyəti,
beynəlxalq əlaqələri
barədə məlumat
verib, təhsil müəssisəsində yüksək
ixtisaslı mütəxəssislərin
hazırlanması üçün
həyata keçirilən
tədbirlərdən bəhs
edib.
Sonra “Nəzəri təhsil: intellekt və təcrübə”, “Bədii
təhsildə istedad meyarı”, “Musiqi təhsilində yaradıcılıq
ənənələri və
müasirlik”, “Milli rəssamlığın
estetik problemləri və tədris istiqamətləri” mövzuları
üzrə bölmə
iclasları olub.
Mədəniyyət.- 2013.- 11 dekabr.-
S. 6.