Görkəmli şəxsiyyət, dahi lider

 

Dekabrın 10-da Məmməd Səid Ordubadinin xatirə muzeyində Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş “Görkəmli şəxsiyyət, dahi lider” adlı tədbir keçirildi. Tədbir Məmməd Səid Ordubadinin xatirə muzeyi, Dövlət Din Tarixi MuzeyiRespublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən təşkil olunmuşdu.

Mərasimi giriş sözü ilə açan xatirə muzeyinin direktoru Lalə Abaszadə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin inkişafında misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, ölkə həyatının istənilən sahəsinə baxdıqda ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı nəhəng işlər göz önündə canlanır. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz hərtərəfli inkişafa nail olub.

Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva ümummilli liderin tariximizə, mənəvi dəyərlərimizə xüsusi önəm verməsindən, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına daim diqqət və qayğı ilə yanaşmasından bəhs etdi.

Xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva və muzeyin bələdçisi Nərmin Baxşıyeva ulu öndərin ömür yolundan söz açaraq dahi şəxsiyyətin tək amalının Azərbaycanın müstəqilliyini dönməz etmək, güclü dövlət qurub-yaratmaq olduğunu vurğuladılar.

Sonra Xətai rayonunun 27 və 86 saylı orta məktəblərinin şagirdləri ümummilli liderə həsr olunmuş şeirlər söylədilər.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 6.