“Bu, Bakıya son səfərimiz olmayacaq”
UNESCO Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası
zəngin mədəni
proqramı ilə də yadda qaldı. Dekabrın 6-da qonaqlar üçün
İçərişəhərə tanışlıq turu təşkil olundu. Bələdçinin təqdimatını
maraqla dinləyən,
əlavə suallar verən qonaqlarımız
tolerantlığın qədim
zamanlardan hökm sürdüyü şəhərimiz
haqqında xoş sözlər deməyi də unutmadılar.
Uqandanın UNESCO-dakı nümayəndəsi
Vaumo Culiana Akoryo: “Bu mənim gülərüz insanların
vətəni Azərbaycana,
qədim və təkrarsız Bakıya
ilk səfərimdir. Amma düşünürəm
ki, bu, son olmayacaq. Çünki Bakı bütün
varlığıma hakim oldu.
Tarixi zənginlik, qədimlik, sivilizasiyanın ən üst inkişafı, mədəni müxtəliflik
və ona münasibətdə səmimiyyət
məni valeh etdi”.
Yaponiyanın sessiyadakı nümayəndəsi
Şigeyuki Miyata: “Bakı
kimi müasirliklə qədimliyin qovuşduğu
şəhərlər əslində
şərhlər, gözəl
sözlər olmadan da, özü haqqında danışır,
sanki nəğmələr
deyir. Mən bu şərqi
dilli şəhərə
heyran oldum. Təbii ki, zəngin mətbəxinizi, qonaqpərvərliyinizi
də unutmaq olmaz”.
Almaniya təmsilçisi Aditya Eiggert: “Hava limanında düşdüyüm
andan insanlar, onların xoş çöhrəsi, daim səmimiyyətlə gülümsəyən
gözləri, sevgi paylayan baxışları
məni sadəcə ovsunlayıb. Məncə, bu cür insanların vətənini
gəzmədən də
onun haqqında təəssürat mükəmməl
olar. İçərişəhərə gəlincə, sanki
bir şirin nağılda, Şərq
tilsimindəyəm. Burada hər
detal nə isə pıçıldayır”.
Hindistan
təmsilçisi Japarajan
Vayalkara: “Azərxalça”
istehsalat birliyində gördüyüm nümunələr,
naxışların bənzərsizliyi
məni valeh etdi. Hər biri ayrı
bir zəriflik nişanəsidir. Sanki onlar zərif bir xanımın gözəl əlləri,
nurlu gözləridir.
Bu nümunələri yaradan xalq təbii
ki, böyük zövqün daşıyıcısı,
mədəniyyətin sahibidir.
Bakıya ilk səfərim olsa da inanıram
ki, mən bu mənalı mənzərələri bir
daha görə biləcəyəm”.
Braziliyanın UNESCO-dakı nümayəndəliyinin
ikinci katibi Adam Muniz: “Dünya müxtəlif mədəniyyətlərin təmsilçilərini
birgə yaşadığı
evdir. Bu dünya
hamımızındır, ona
görə də onu qorumaq, sevmək
və hər kəsin mənəvi dəyərlərinə hörmətlə
yanaşmaq lazımdır.
Mədəniyyətlərarası dialoq, tolerantlıq
kimi fikirlərin qlobal müstəviyə çıxdığı məqamda
mən ölkənizin,
şəhərinizin bu
mənada mühüm
bir nümunə olduğunu qeyd etməliyəm. Hələ əsrlər
öncə bu şəhərdə məscidlərlə
kilsələr, digər
dini ibadət məkanları yanaşı
fəaliyyət göstərib,
müxtəlif mədəniyyətlərin
yaşamasına münbit
şərait olub.
Bu mənada sizi
alqışlayıram”.
Nepal təmsilçisi Racandra
Kumar: “Şirvanşahlar sarayı,
aşıq musiqisi və milli geyimlərinizə,
şəbəkə sənəti
nümunələrinə heyran
olduq. Burada hər şey
gözəl və təkrarsızdı. Musiqi, muğamlar,
aşıqlar, onların
geyim üslubu, ifaları çox fərqli və maraqlıdır. Qız qalası,
onun tarixi haqqında bələdçinin
danışdığı əfsanə məni çox təsirləndirdi.
Azərbaycan gəzməli və
çox şey öyrənməli ölkədir”.
Həmidə
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 5.