Bakı sessiyasını rekord sayda insan izləyib

 

Xəbər verdiyimiz kimi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qoruması üzrə Komitəsinin dekabrın 2-dən 7-dək Bakıda keçirilən 8-ci sessiyasının iclasları qurumun internet saytında canlı yayımlanıb. Bakı sessiyası izləyici sayına görə rekord vurub.

UNESCO-nun rəsmi saytında verilən xəbərə görə, təkcə dekabrın 5-də keçirilən iclası internetdən 14 300 nəfər izləyib. Məlumat üçün bildirək ki, qurumun 2011-ci ildə Balidə keçirilən 6-cı sessiyasını ən yüksək həddə 6700, 2012-ci ildə Parisdə baş tutan 7-ci sessiyasını isə 7700 nəfər izləyib.

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 4.