İtaliya agentliyinin
saytında çövkənin UNESCO siyahısına daxil edilməsi barədə məqalə
İtaliyanın “TMNews” xəbər agentliyinin saytında Azərbaycan tərəfin təqdimatı ilə ənənəvi çövkən oyununun UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilməsi ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə çövkən oyunu barədə məlumat verilib. Qeyd edilib ki, ənənəvi Qarabağ atüstü oyunu olan çövkən iki komanda arasında çəmənlikdə oynanılır. At üstündə olan milli geyimli oyunçular musiqi sədaları altında yarışırlar.
Yazıda müəllif bildirib ki, UNESCO-nun bəyanatında da vurğulandığı kimi, urbanizasiya və miqrasiya prosesləri nəticəsində gənclər arasında çövkən oyununa maraq azalıb. Bu, çövkənlə məşğul olanların sayına da mənfi təsir göstərib.
Məqalədə həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
barədə də məlumat verilib. Diqqətə
çatdırılıb ki,
münaqişə nəticəsində Azərbaycan ərazisi
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunub. Tərəflər
arasında atəşkəsə dair
razılıq əldə edilsə də, cəbhə xəttində
tez-tez silah səsləri
eşidilməkdədir.
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 4.