“Uzaq-yaxın
tanışlar”
Berlində Nigar Rəfibəylinin yubileyinə həsr olunmuş ədəbi-bədii gecə
Dekabrın 9-da Berlində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunmuş “Uzaq-yaxın tanışlar” mövzusunda ədəbi-bədii gecə keçirilib. Tədbir Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının, Avropa Azərbaycanlıları Konqresinin (AAK), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
Gecəni AAK-ın prezidenti Samirə Patser-İsmayılova açaraq Nigar Rəfibəylinin həyat və yaradıcılığı haqqında danışıb. Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri professor Eva-Maria Aux şairənin ailəsi, gəncliyi, yaradıcılığı haqqında məruzə edib.
Gecədə Nigar Rəfibəyliyə həsr edilmiş musiqili təqdimat göstərilib, şairənin şeirlərindən nümunələr Marina Ştaynhauzer tərəfindən alman dilində oxunub.
Sonda Nigar
Rəfibəylinin oğlu, Xalq
yazıçısı Anar ədəbi-bədii
gecənin təşkilatçılarına təşəkkür
edib.
Mədəniyyət.- 2013.- 11
dekabr.- S. 3.