Turizm İnstitutunda elmi-praktik konfrans

 

Dekabrın 11-də Azərbaycan Turizm İnstitutunda “Azərbaycanın dövlət müstəqilliyinin bərpası və inkişafında Heydər Əliyevin rolumövzusunda elmi-praktik konfrans keçirilib.

 

Tədbiri institutun rektoru, professor Cəfər Cəfərov açaraq, 12 dekabrın dahi şəxsiyyətin əbədiyyətə qovuşduğu gün kimi tarixiləşdiyini diqqətə çatdırıb.

Ulu öndərin inkişaf strategiyasından danışan rektor vurğulayıb ki, Heydər Əliyev dövlət quruculuğu problemlərinin uğurlu həllində böyük iradə və qətiyyət sahibi olduğunu əməli fəaliyyəti ilə isbatlayıb: «O, obyektivsubyektiv səbəblərdən qarşıya çıxan çətinlikləri səbrlə aradan qaldıraraq, müasir, güclü Azərbaycan dövlətini qurub-yaşatdı, müstəqilliyimizin qarantı oldu. Heydər Əliyev Azərbaycanı dünyada güc mərkəzinə çevirdi. Yalnız güclü lideri olan millət güclü dövlətə sahib ola bilər. Qədirbilən xalqımız müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini, adını hər zaman uca tutur».

ATİ-nin dosenti, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illərdə dövlətçilik fəaliyyətini, həyata keçirdiyi işləri geniş şərh edib. İnstitutun ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev çıxışında deyib ki, dahi şəxsiyyət olan Heydər Əliyev hələ sağlığında millətin qəlbində öz abidəsini qurub, onun haqqında bundan sonra da neçə-neçə sanballı elmi əsərlər yazılacaq. Tədbirdə çıxış edən ATİ-nin tələbələri ulu öndərin gənclərə dəyərli tövsiyələrindən söz açaraq səylə çalışacaqlarını, yüksək ixtisaslı kadr kimi ölkəmizin inkişafına töhfə verəcəklərini bildiriblər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 9.