“İnsan, cəmiyyət, təbiət
qlobal transformasiya dövründə”
Azərbaycanın turizm mütəxəssisləri
Rusiya Federasiyası
Mari El Respublikasının Yoşkar-Ola
şəhərində «İnsan,
cəmiyyət, təbiət
qlobal transformasiya dövründə: təhlükəsizlik
və inkişaf» mövzusunda beynəlxalq fənlərarası elmi konfransda iştirak ediblər.
Povoljye Dövlət Texnologiya Universitetinin təşkilatçılığı
ilə keçirilən
konfransda Rusiya,
ABŞ, Tacikistan, Azərbaycan
və Türkiyənin
ali təhsil
ocaqlarının nümayəndələri
iştirak ediblər. Üç gün davam edən konfransda 17 bölmə üzrə
400-dən çox məruzə
dinlənilib.
ATİ-nin Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri,
dosent Bahadur Bilalov və kafedranın əməkdaşı
Şəmsiyyə Tahirbəyova
«Azərbaycan Respublikasının
şimal-şərq regionunda
etno-mədəni turizm
ehtiyatları», institutun
digər əməkdaşları
Qəhrəman Yusipov
«Azərbaycanın Lənkəran
iqtisadi rayonunun inkişafında turizm sənayesinin əhəmiyyəti»,
Könül Rəfiyeva
«Mədəni turizmin inkişafının qlobal
aspektləri» mövzusunda
məruzə təqdim
ediblər.
Konfransda Bahadur Bilalov ABŞ-dakı Konkord Universitetinin nümayəndələri
ilə birlikdə «Turizm və qonaqpərvərlik» bölməsinin
işini aparıb. Tədbirin
sonunda 2014-cü ilin
may ayında turizmə
dair beynəlxalq forumun keçirilməsi barədə razılıq
əldə olunub.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 13
dekabr.- S. 9.