Odalov

 

Almaniyalı jurnalistin Bakı təəssüratı

 

Almaniyanın “Genissen und reisen” jurnalında “Odalov” başlıqlı məqalə dərc olunub. Bakıya səfər edən müəllif yazısında öz təəssüratlarını oxucularla bölüşür.

 

Paytaxta xüsusi gözəllik verən “Alov qüllələri” kompleksinin təsviri ilə başlanan məqalədə bu kompleksdə yeni istifadəyə verilən “Fairmont Baku” hoteli haqqında ətraflı söhbət açılır. Hotelin dizayntexniki cəhətdən ən yüksək səviyyədə tikildiyini qeyd edən müəllif binanın texniki məqamlarını da sadalayır.

Qeyd olunur ki, 36 mərtəbədən ibarət hoteldə 318 lüks nömrə var, otaqların sahəsi ən azı 50 kvadratmetr təşkil edir. Gecə şəhər gəzintisinə çıxanlar Bakının istənilən yerindən kompleksin işıq şousunu müşahidə edə bilərlər.

Müəllif bildirir ki, “Alov qüllələri” kompleksiOdlar diyarı” kimi tanınan Azərbaycanın müasir inkişafını simvolizə edir. Bakı şəhərinin simvoluna çevrilən bu tikili artıq təyyarədən qonaqların diqqətini cəlb edir. Vurğulanır ki, “Alov qüllələri” UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş tarixi İçərişəhərin panoramını tamamlayır.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 8.