Narva ulduzlara yol açır”

 

Dekabrın 6-dan 8-dək Estoniyanın Narva şəhərində Olqa Müllerin rəhbərliyi altında “Narva ulduzlara yol açır” IV beynəlxalq müsabiqə-festivalı keçirilib. Müsabiqə istedadlı uşaqların ifaçıların müxtəlif ölkələrin pedaqoji ənənələri və müasir metodikaları ilə tanışlıq imkanının, özünüifadə və peşəkarlığın artırılması məqsədilə musiqiçilər, müğənnilər və rəqqaslar üçün keçirilir.

Müsabiqədə Azərbaycan, Rusiya (Sankt-Peterburq), BelarusEstoniya vokalçıları təmsil olunublar. Azərbaycanı müsabiqədə Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinif şagirdi Ülviyyə Şıxəliyeva təmsil edib. O, müsabiqənin 18-22 yaş qrupundan olan iştirakçıları arasında uğurla çıxış edərək ikinci yeri tutub.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 13.