“Heydər
Əliyev və Azərbaycan mədəniyyəti”
Dekabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə ziyalılar, Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Aşıq Şəmşirin 1970-80-ci illərdə ulu öndərə həsr etdiyi “Zərli tac ağıllı, kamallı başa yaraşır” şeiri əsasında hazırlanmış videoçarx nümayiş olunub.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin nümayəndəsi Həbib Misirov ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Heydər Əliyevin Dədə Şəmşirə, onun yaradıcılığına həmişə böyük qiymət verdiyini, onun 110 illiyinin keçirilməsi barədə sərəncam imzaladığını qeyd edib. Sərəncama əsasən, Göygöl rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib, orada abidəsi ucaldılıb.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin sədri Qənbər Qurbanov ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə böyük diqqət yetirdiyini söyləyib. O, ulu öndərlə bağlı xatirələrini söyləyib, dahi şəxsiyyətin vaxtilə Kəlbəcər rayonu üçün gördüyü işlərdən danışıb.
Adil Cəmil, Nağdəli Zamanov, Nəriman
Ocaqlı və digər ziyalılar Heydər Əliyevin
ölkəyə rəhbərlik etdiyi
dövrlərdə mədəniyyət və incəsənət
xadimlərinə, onların yaradıcılığına verdiyi qiymətdən söhbət
açıblar.
Mədəniyyət.- 2013.- 13
dekabr.- S. 4.