“Ürəklər bir vuranda

 

Belarus paytaxtında təqdimatı keçirilən kitab layihəsi oxucuları Azərbaycan müəlliflərinin əsərləri ilə tanış edir

 

“Ədəbiyyat və kitab nəşri MDB ölkələri arasında güclü əlaqələndirici vasitədir”. MDB-nin icraçı katibinin 1-ci müavini Vladimir Qarkun bu fikri dekabrın 11-də Belarus paytaxtında, Birliyin mənzil-qərargahında “Ürəklər bir vurandakitab layihəsinin təqdimat mərasimində söyləyib.

“Ürəklər bir vuranda” seriyası MDB-də ilk dəfə həyata keçirilən unikal kitab layihəsidir. Layihənin məqsədi oxucuları Birlik üzvü olan dövlətlərin yazıçı və şairlərinin ədəbi əsərləri ilə tanış etməkdir. “Ürəklər bir vuranda” seriyasına daxil olan on bir kitabın hər biri MDB ölkələrindən birinin, o cümlədən Azərbaycanın şair və nasirlərinin əsərlərindən ibarətdir.

Azərbaycan müəlliflərinin toplandığı kitabda “Xoşbəxt görüş” adlı topluda Xalq yazıçısı Anarın, Xalq şairi Fikrət Qocanın, Çingiz Əlioğlunun, Qəşəm Nəcəfzadənin şeirləri, Natiq Rəsulzadənin, Elçin Hüseynbəylinin hekayələri, Afaq Məsudun yaradıcılığından nümunələr, Səlim Babullaoğlu, Qulu Ağsəs və digər yazarların əsərləri toplanıb.

“Ürəklər bir vuranda” seriyasına “yaxın xaric” ölkələrindən ümumilikdə 150-yə qədər yazıçının əsərləri daxil edilib. Seriya Belarus Respublikası İnformasiya Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə nəşr edilib.

Bu ilin oktyabr ayında Minsk sammitində iştirak etmiş dövlət başçıları və MDB ölkələri nümayəndə heyətlərinin üzvləri “Ürəklər bir vuranda” seriyası ilə tanış olmaq imkanı əldə ediblər. Seriyaya daxil olan ayrı-ayrı kitablar Azərbaycan, Rusiya, UkraynaAlmaniyada keçirilən sərgilərdə nümayiş etdirilib.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 4.