Milli Kitabxanada sərgi
Dekabrın 12-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü münasibətilə sərgi açılıb.
Mərasimdə kitabxananın direktoru Kərim Tahirov ümummilli liderin həyat və fəaliyyətindən, uzaqgörənliyindən, müdrik siyasətçi və dahi şəxsiyyət olmasından, cəmiyyət həyatının bütün sahələrinə, o cümlədən mədəniyyətə, kitabxanaya göstərdiyi böyük diqqət və qayğıdan danışıb.
Tədbir iştirakçıları dahi liderin həyat və fəaliyyətini
geniş əks etdirən kitab
sərgisi ilə tanış olublar. Sərgidə
Azərbaycan, rus, türk,
Ukrayna və ingilis
dillərində nəşrlər yer
alıb.
Mədəniyyət.- 2013.- 13
dekabr.- S. 3.