Mədəniyyət mərkəzlərində ulu öndərin xatirəsi anılıb

 

Dekabrın 12-də Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət mərkəzlərində ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib.

Mədəniyyət ocaqlarında ümummilli liderin xatirəsinə həsr edilmiş “Günəşə çatmaq istəyirəm”, “Ulu öndərsiz illər”, “Qəlblərdə yaşayan dahi”, “Böyük ömrün anları”, “Xalq mənim dayağımdır, gücüm və inamımdır”, “Uzun ömrün zəfər salnaməsi”, “Fenomen şəxsiyyətin əbədiyaşar xatirəsi”, “Vətənə, xalqa həsr edilən ömür” və digər mövzularda dəyirmi masalar, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 3.