Daşkənddə anım mərasimi

 

Dekabrın 11-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki bir neçə ali məktəbin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitab sərgisinə baxış keçirilib. İştirakçılara \"Görkəmli adamların həyatı\" seriyasından Viktor AndriyanovHüseynbala Mirələmovun Daşkənddə özbək dilində çap edilmiş \"Heydər Əliyev\" kitabı hədiyyə olunub.

Mərasimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, onun Azərbaycan xalqı qarşısında xidmətləri haqqında söz açıb. Azərbaycan və Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına OperaBalet Teatrının rejissoru Firudin Səfərov ulu öndər haqqında xatirələrini danışıb.

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 3.