Qisas almadan ölmə”

 

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından aldığımız məlumata görə, çəkilişləri 2012-ci ildə başa çatan “Qisas almadan ölmə” tammetrajlı bədii filminin premyerası gələn ilin ilk aylarına planlaşdırılır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Oqtay Mirqasımovdur. Ekran əsərinin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub. Çəkilişlər Azərbaycan, GürcüstanAlmaniyada aparılıb. Filmin operatoru Nikolay İvasev, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Feldir. Əsas rollarda Xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov kimi Azərbaycan aktyorları ilə yanaşı, almangürcü aktyorları Ulrix Rexenbax, Haynts Krükeberq, Qiya Caparidze, Rezo Tavarkviladze və başqaları çəkiliblər. Çəkilişlər Şamaxıda, Gürcüstanın Svanetti dağlarında, həmçinin Almaniyanın Bukov şəhərində aparılıb.

 

Lalə

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 11.