“Bakıdan Şəkiyədək
Qafqaz sərvətləri”
İtaliyanın Florensiya
şəhərində Azərbaycana həsr olunmuş
“Bakıdan Şəkiyədək Qafqaz sərvətləri”
(“Fasti caucasici da Baku a
Sheki”) kitabının təqdimatı keçirilib. Tədbir “Club İnternational des Grandes
Voyageurs” klubu və
“Resorts Magazine” jurnalı tərəfindən
təşkil olunub.
Klubun İtaliya
üzrə vitse-prezidenti
Ovidio Guaiatanın və jurnalist Elza Bozzaotranın həmmüəllifləri olduqları
kitabda Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim və zəngin mədəni irsə malik Azərbaycandan bəhs edilir. Nəşrdə Bakının və
Şəkinin tarixi abidələri, görməli
yerləri, paytaxtımızda
yeni inşa olunan müasir memarlıq nümunələri
ilə bağlı məlumat verilir.
Tədbirdə çıxış edən
Azərbaycanın İtaliyadakı
səfirliyinin əməkdaşı
Aytən Abuşova ölkələrimiz arasında
mədəni əlaqələrdən
danışaraq bildirib
ki, “Bakıdan Şəkiyədək Qafqaz
sərvətləri” kitabı
bu münasibətlərin
inkişafına töhfə
verəcək. İtaliyalı oxucular nəşr
vasitəsilə ölkəmizi
daha yaxından tanımaq imkanı əldə edəcəklər.
Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 10.