Gənc ifaçılar bir arada

 

 

Dekabrın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında gənc ifaçıların konserti olub. İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” layihəsinə başladıqlarını, tədbirin bu silsilədən ilk konsert olduğunu deyib. Qeyd olunub ki, gənc ifaçıları üzə çıxarmaq baxımından əhəmiyyətli olan bu layihə çərçivəsində keçiriləcək konsertlərdə Azərbaycan bəstəkarlarının müxtəlif musiqi alətləri üçün yazılmış kamera əsərləri səsləndiriləcək.

Konsertdə Qara Qarayev, Fikrət Əmirov, Cahandir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Niyazi, Firəngiz Əlizadə, Sərdar Fərəcov və digər bəstəkarların əsərləri səsləndirilib. Əsərləri Ümidə Abbasova, Tofiq Şıxıyev, Lalə Mürşüdlü, Fəridə Qasımova, Nəzrin Zeynalova, Fəqan Həsənli və digər gənc musiqiçilər ifa edib.

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 3.