İstanbulda turizm sektoru nümayəndələri
mükafatlandırılıb
İstanbul şəhərində Türkiyə
Skal Federasiyasının və «Skal İnternational İstanbul» klubunun təşkilatçılığı
ilə qurumun mükafatlandırma mərasimi
keçirilib. «Skal
İnternational»ın türkiyəli başqanı Hülya Aslantaş tərəfindən
əsası qoyulan bu
mərasim artıq 16 ildir ki,
keçirilir. Tədbirdə turizm sektorunun liderləri
mükafatlandırılır.
Azərbaycanı tədbirdə təmsil edən «Skal İnternational Baku»nun prezidenti Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, mükafatlar ən yaxşı hava limanı, ən yaxşı şəhər hoteli, ən yaxşı turoperator, turagent və s. nominasiyaları əhatə edib. Həmsöhbətim bildirdi ki, bu mükafatlar bir növ turizmin “Oskar”ı sayılır.
Tədbir zamanı «Skal İnternational Baku» klubu Əskişəhər klubu ilə «twen club» elan olundu və bununla bağlı rəsmi imzalama mərasimi keçirildi: “İndiyə qədər Antalya skalı ilə qardaş klub elan olunmuşduq. Gələcəkdə Türkiyənin bir sıra şəhərlərinin və Bolqarıstanın skal klubları ilə belə bir müqavilənin imzalanması nəzərdə tutulur. Klubumuz eyni zamanda Əskişəhər bələdiyyəsinin xüsusi mükafatına da layiq görüldü. Toplantıda 2014-cü ildə Türkiyə Skal Federasiyası başda olmaqla, bu ölkənin skalçılarının Bakıya səfər etməsi ilə bağlı razılıq əldə olundu. Bizim də Türkiyəyə eyni məqsədlə səfərimiz nəzərdə tutulub».
Tədbir zamanı həmçinin qərara gəlinib ki, Azərbaycan skalçılarının köməyi və koordinasiyası ilə MDB ölkələrində bu təşkilatın təmsilçilikləri yaradılsın. Ruslan Quliyevin sözlərinə görə, tədbir çərçivəsində azərbaycanlı tələbələrin Türkiyənin turizm müəssisələrində təcrübə keçməsi də müzakirə edilib: «Bu istiqamətdə bizim Türkiyənin müvafiq təşkilatları ilə bir neçə layihəmiz olub. Qərara gəldik ki, layihələr davamlı olsun».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 20
dekabr.- S. 11.