“San-Remo festivalının ulduzları Bakıda

 

Dekabrın 18-də “Baku Crystal Hall”da İtaliya estradasının ötən əsrin 80-ci illərinin əfsanəvi ifaçıları “San-Remo festivalının ulduzları Bakıdaadlı maraqlı konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalının milyonların qəlbini fəth etmiş əfsanəvi ulduzları - Al Bano, Toto Kutunyo, Pupo, Rikkardo Foli, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn, eləcə məşhurRikki e Poveri”, “Matia Bazarqrupları unudulmaz mahnılarını ifa ediblər.

Konsertin aparıcıları İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti Tural Əsədov idi.

Bakıda yenidən olmağından məmnunluğunu bildirən Ornella Muti San-Remo festivalı ulduzlarının konsertinin paytaxt Bakının mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb.

Konsert anşlaqla keçib. Əfsanəvi Toto Kutunyonun xalq mahnısıSarı gəlin”i Azərbaycan dilində ifa etməsi tamaşaçıların sürəkli alqışlarına səbəb olub.

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 9.