Daşkənddə
Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi
Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) təşəbbüsü ilə Nizami
Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti
və Ədəbiyyatı Mərkəzinin
açılışı olub.
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, ölkəmizin Özbəkistandakı səfirliyinin əməkdaşları, diasporumuzun üzvləri iştirak ediblər.
Mərkəzdə Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər yer alıb. Arzu edənlərə kitab və disklər hədiyyə edilir.
Universitetin müəllimi, filologiya elmləri namizədi Gülbahar Aşurova, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov bildiriblər ki, mərkəz Özbəkistan və Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətini təbliğ edəcək. Mərkəzdə Azərbaycan dili kursları fəaliyyət göstərəcək və həftədə bir gün Azərbaycan filmləri nümayiş etdiriləcək.
AMM-in direktoru Samir
Abbasov bu mərkəzin
yaradılmasına göstərdikləri dəstəyə
görə Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə, ölkəmizin
Özbəkistandakı səfirliyinə, Azərbaycan Dövlət
Rəsm Qalereyasına minnətdarlığını bildirib.
Mədəniyyət.-
2013.- 20 dekabr.- S. 9.