İsfar Sarabskinin Parisdə solo konserti

 

Dekabrın 18-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə gənc cazmen, Əməkdar artisti İsfar Sarabskinin solo konserti təşkil edilib.

Səfirliyin mədəniyyət məsələləri üzrə birinci katibi Ayaz Qocayev ölkəmizdə caz musiqisinin tarixi barədə danışıb. Bildirib ki, Azərbaycan caz sənətinin görkəmli simalarının yolunu uğurla davam etdirən İsfar Sarabski 2009-cu ildə İsveçrənin Montrö şəhərində beynəlxalq caz festivalının qalibi olub, müxtəlif caz festivallarında ölkəmizi layiqincə təmsil edib.

Gənc cazmen konsertdə P.Çaykovskinin və V.Mustafazadənin əsərləri ilə yanaşı, özünün bəstələdiyi musiqi parçalarını da ifa edib. Onu kontrabasda Makar Novikov, zərb alətlərində Aleksandr Maşintarda Şəhriyar İmanov müşayiət edib.

Azərbaycanlı cazmenin çıxışı böyük maraqla qarşılanıb. Tədbirdə Fransa parlamentinin deputatları, ictimaiyyət nümayəndələri, diasporumuzun təmsilçiləri iştirak ediblər.

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 4.