Qobustan kölgələri” baletinin premyerası keçirilib

 

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc QarayevinQobustan kölgələri” baletinin premyerası olub. Sənətkarın 70 illik yubileyi günündə nümayiş olunan səhnə əsərinin quruluşçu baletmeysteri Maksin Brahan (Böyük Britaniya), quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Rolları xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, əməkdar artistlər Tamilla Məmmədzadə, Alsu Qimadiyeva və başqaları ifa ediblər.

Qobustanın qədim sakinlərinin həyatından bəhs edən əsərin ideyası qədim insanın formalaşması prosesində təlim və təbiət qüvvələrinin ram edilməsini göstərmək, dərrakə və iradəni təsdiqləmək, insan münasibətlərinin qurulması və yaradıcı fəaliyyətinin gözəlliyinin təsdiqidir.

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 3.