Tolerantlığın simvolu - Zaqatala

 

Folklor paytaxtı”ndan zəngin təəssürat

 

Dekabrın 19-dan 21-dək Mədəniyyət və Turizm Nazirliyinin «Xalq Yaradıcılığı Paytaxtları» proqramı çərçivəsində 2013-cü il üzrə Azərbaycanın «Folklor paytaxtı» və «Sənətkarlıq paytaxtı» elan olunmuş ZaqatalaGöygöl rayonlarına “Media turu” gerçəkləşdi. Səfər heyətinə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin aparıcı məsləhətçisi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və ölkənin aparıcı KİV nümayəndələri daxil idi.

 

20-yə yaxın azsaylı xalqın yaşadığı rayon

 

Səfərimizin ilk ünvanı Azərbaycanın şimal-qərbində, Bakıdan 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən «Folklor paytaxtı» Zaqatala oldu. Ölkəmizin bu dilbər guşəsi gözəl təbiəti, mədəni irsi, geniş turizm imkanları ilə tanınır. Zaqatalanı digər rayonlardan fərqləndirən bir xüsusiyyət isə onun beynəlmiləl olması, zəngin etnik mənzərəsidir. Burada azərbaycanlılarla yanaşı, 20-dək azsaylı xalqın nümayəndələri - saxurlar, avarlar, ingiloylar, ruslar və başqaları yaşayır. Etnik müxtəliflik bölgənin folklorunda da özünü göstərir. Səfərimiz zamanı keçirilən tədbirlərdə bunun bir daha şahidi olduq.

Dekabrın 19-da Əliabad və Yengiyan kəndlərində keçirilən tədbirlərə qatıldıq.

Əliabad kənd Mədəniyyət evinin foyesində maraqlı sərgi təşkil olunmuşdu. Bu kənddə əsasən ingiloylar yaşayır. Təqdim edilən konsert proqramı da onların toy və digər milli adət-ənənələrini əks etdirirdi. Kənd sakini İsabəy Süleymanovun Azərbaycan və ingiloy dillərində «Zaqatalam» şeiri, Sahib Qazıyevin sazda ifası, 5 yaşlı Alagöz Şabanovanın «Kuklam» şeiri, Əliabad kənd folklor ansamblının çıxışları iştirakçılarda xoş təəssürat yaratdı. Bütün çıxışlardan belə aydın olurdu ki, ingiloylar özlərinin milli-mənəvi dəyərlərini qoruyub saxlayırlar.

Zaqatalanın böyük kəndlərindən olan Yengiyan bizi azan səsi ilə qarşıladı. Kənd Mədəniyyət evində təşkil olunmuş «Sazsöz xiridarları» adlı konsert proqramından əvvəl foyedə təşkil olunmuş sərgiyə tamaşa etdik. Sərgidə rayonun sənətkarlıq və folklor nümunələri, yerli mətbəxin təamları yer almışdı. Buradakı konsert proqramı isə bir qədər fərqli ssenari əsasında hazırlanmışdı. Mahnılar müxtəlif səhnəciklərlə müşayiət olunurdu. Kənd sakini Ramiz Şabanovun «Yengiyandadır» şeirini səsləndirməsi, daha sonra isə «Çal, aşıq, çal» deyərək «Heyvagülü» havasına rəqs etməsi tamaşaçıların alqışları ilə qarşılandı.

 

Folklor paytaxtıilində rayona gələn turistlərin sayı artıb

 

Rayonda ikinci günümüz Zaqatala qalasını ziyarət etməklə başladı. Zaqatala Tarix-Mədəniyyət Qoruğunun direktoru Hümbət Bayramov bildirdi ki, 1830-cu ildə çar Rusiyasının dayaq nöqtəsi kimi tikilən qala 11 hektar ərazini əhatə edir. Üçbucaq şəklində olan qalanın üç giriş qapısı var. Qala divarlarının uzunluğu 3 min metrdir. Bəzi hissələrdə divarların hündürlüyü 5 metrə çatır. Qalanın ərazisində 17 tikili var. Bu abidələr dövlət tərəfindən qeydiyyata alınıb qorunur. Qaladan 1834-1859-cu illəri əhatə edən Şeyx Şamil hərəkatının, 1863-cü il Zaqatala üsyanının yatırılmasında istifadə olunub. Sovetlər dövründə qalanın ərazisində müxtəlif dövlət idarələri, təşkilatlar yerləşib. 1984-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə qalanın ərazisi Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olunub. 2007-ci ildə təmir edilib hazırda Mədəniyyət Turizm Nazirliyinin balansındadır.

Qalanın ərazisindən «Yenilməz batalyon» «Cavad xan» filmlərinin çəkilişində istifadə olunub.

Sonra Zaqatala Rayon Mədəniyyət Turizm Şöbəsinə baş çəkdik. Şöbənin müdiri Zümrüd Ağakişiyeva bildirdi ki, il ərzində rayonun qəsəbə kəndlərində baxış-müsabiqələr, rayonda yaşayan avar, saxur, ingiloy digər azsaylı xalqların adət-ənənələrinin təşviqi məqsədilə müxtəlif tədbirlər, ümumrespublika xalq yaradıcılığı bayramı keçirilib. Rayon Mədəniyyət evində xalq musiqisi rəqsləri dərnəkləri yaradılıb, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgilər, «Bayatı gecələri», konsertlər təşkil olunub.

Maqov kənd Mədəniyyət evinin «Hudulki» xalq kollektivi Belarus Respublikasının Bobruysk şəhərində keçirilən «Dostluq çələngi» beynəlxalq xalq yaradıcılığı festivalında ölkəmizi layiqincə təmsil edib: «Zaqatalada il ərzində keçirilən tədbirlərdə burada yaşayan azərbaycanlılar azsaylı xalqların nümayəndələri çox fəal iştirak ediblər. Bu tədbirlər eyni zamanda milli-mənəvi dəyərlərimizin üzə çıxarılmasına, folklorumuzun araşdırılmasına kömək göstərib. Zaqatala Azərbaycanın səfalı guşələrindən biridir. Rayonun cəlbedici turizm imkanları var. «Folklor paytaxtı» çərçivəsində görülən tədbirlərdə xarici qonaqlar da yaxından iştirak ediblər. İl ərzində rayonda bir neçə ölkənin folklor qruplarının tədbirləri keçirilib. Bu səbəbdən rayonumuza gələn turistlərin sayında da artım müşahidə olunub. Bu il ərzində Zaqatalaya təxminən 20 minə yaxın turist gəlib. Ötən il bu göstərici 15 min olmuşdu. Rayonumuzda 11 turizm obyekti fəaliyyət göstərir ki, onların da 7-si Mədəniyyət Turizm Nazirliyi tərəfindən lisenziya alıb».

 

Zaqatala turizm mərkəzi kimi tanınır

 

Daha sonra «Media turu»nun iştirakçıları rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşdülər. İcra başçısı «Folklor paytaxtı» çərçivəsində reallaşan tədbirlər, son illər rayonda həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı ətraflı məlumat verdi. Qeyd olundu ki, ölkə rəhbərliyinin tarixi-mədəni irsin qorunması sahəsində siyasəti Zaqatalada da mədəni inkişafa mühüm zəmin yaradıb: «Rayonumuzda bir şəhər, bir qəsəbə 59 kənd yaşayış məntəqəsi var. Bütün kəndlərdə mədəniyyət evləri fəaliyyət göstərir».

İcra başçısı ötən ilin mayında Zaqatalada baş verən zəlzələnin rayon iqtisadiyyatına, əhaliyə vurduğu ziyandan təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı. Onun sözlərinə görə, indiyə qədər dövlət tərəfindən 4 minə qədər fərdi yaşayış evi, 22 məktəb, 9 bağça binası tikilib.

Mübariz Əhmədzadə bildirdi ki, rayonda həyata keçirilən «Köhnə mərkəzin bərpası» layihəsi çərçivəsində bir çox işlər görülüb, şəhərin mərkəzində yerləşən 1852-ci ilə aid binaların əvvəlki qədim görkəmi, tarixi-mədəni abidələr, Qala düzü adlı ərazi, Dədə Qorqud meydanı, Zaqatala qalası ərazisində yerləşən qədim alban məbədi bərpa olunub: «Bütün bu tədbirlər Zaqatalanın bir turizm mərkəzi kimi formalaşmasına xidmət edir. Çünki bu rayon ölkəmizin turizm üçün ən əlverişli bölgələrindəndir. Rayonun dağlıq ərazilərində yeni turizm marşrutlarının salınması planlaşdırılır. Gələn turistlər Zaqatala Turizm İnformasiya Mərkəzindən istədikləri məlumatı əldə edə bilərlər».

Görüşdən sonra tur iştirakçıları rayon Mədəniyyət evində keçirilən yekun tədbirə qatıldılar. Qonaqlar əvvəlcə rayonun ayrı-ayrı kəndlərinin folklor sənətkarlıq nümunələrinin nümayiş olunduğu sərgiyə baxdılar. Daha sonra rayon ictimaiyyəti, qonaqlar geniş konsert proqramını izlədi. Zaqatala sakini Zahid Mustafayevin özünün icad etdiyi simli oğuz musiqi alətində ifası alqışlarla qarşılandı.

Zaqatalaya səfərimizi başa vurubSənətkarlıq paytaxtıGöygölə yola düşdük.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 25 dekabr.- S. 8.