Lənkəran mətbəxi
Rusiya telekanalında
Rusiyanın «Rossiya 2» telekanalının səyahət və kulinariya rubrikasının 5 nəfər əməkdaşı dekabrın 18-də Lənkəran rayonunda olub. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsindən verilən məlumata görə, rusiyalı jurnalistlər Azərbaycan mətbəxinin tanıtımı ilə bağlı veriliş hazırlamaq məqsədilə ölkəmizə gəliblər. Respublikamızın dilbər guşələrindən olan Lənkəran həmçinin zəngin və özünəməxsus mətbəxi ilə seçilir. Bunu nəzərə alaraq «Rossiya 2» telekanalının əməkdaşları Lənkəran mətbəxi haqqında veriliş hazırlayıblar. Qonaqlar rayonda fəaliyyət göstərən «Xan» restoranında yerli mətbəx nümunələri ilə bağlı çəkiliş aparıblar, eyni zamanda Lənkəranın zəngin folklor ənənələri ilə tanışlıq məqsədilə Separadi kənd folklor evinin «Nənələr» folklor mahnı və rəqs kollektivinin ifasında maraqlı konsert proqramını da verilişə əlavə ediblər.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 6.