Əməkdar artist İmamverdi Bağırovun
xatirəsi yad edildi
Dekabrın 23-də Azərbaycan
Teatr Xadimləri İttifaqında Əməkdar
artist İmamverdi Bağırovun
100 illik yubileyi münasibətilə anma tədbiri keçirildi.
Tədbiri Azərbaycan Teatr
Xadimləri İttifaqının
sədri, Xalq artisti Azər Paşa Nemətov açaraq İmamverdi Bağırovun yaradıcılığından,
işlədiyi teatrlarda
gənclərə göstərdiyi
diqqət və qayğıdan, yaratdığı
maraqlı obrazlardan bəhs etdi. Bildirdi ki, aktyor sənət
ömrünün böyük
hissəsini Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında keçirib. Bu teatrın səhnəsində
dövrünün görkəmli
aktyorları ilə tərəf-müqabil olaraq
maraqlı obrazlar yaradıb. Aktyorun yaratdığı obrazlar və maraqlı xatirələr,
sözsüz ki, onu könüllərdə
yaşadır və yaşadacaq.
“Söz” jurnalının baş redaktoru, yazıçı-publisist Sevda
Əlibəyli, tibb elmləri doktoru, professor Südeyf İmamverdiyev, filologiya elmləri doktoru Aqşin Babayev, Xalq artisti
İlham Namiq Kamal, Salman Mümtaz
adına Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin direktoru Maarif Teymurov və başqaları çıxış edərək
İmamverdi Bağırovun
həyat yolundan, teatr sənətimizə verdiyi töhfələrdən
danışdılar, sənətkarla
bağlı xatirələrini
bölüşdülər.
Qeyd olundu ki, İmamverdi
Bağırov Akademik Milli Dram, Gənc Tamaşaçılar, İrəvan,
Qazax, Quba və digər teatrlarda fəaliyyət göstərsə də, sonradan taleyini Musiqili Komediya Teatrına bağlayıb.
İmamverdi Bağırov həm
də teatr sənətinə məsuliyyətlə
yanaşan, gənc kadrlara qayğı göstərən sənətkarlardan
idi. Satirik çalarlı, sosial-ictimai
mahiyyətli personajların
istedadlı ifaçılarından
sayılan aktyor “Keto və Kote”də
tacir Makar, “Ev bizim, sirr
bizim”də Aslanlı,
“Özümüz bilərik”də
Bəbirli, “Qonşumuzda
bir oğlan var”da raykom katibi,
“Toy kimindir?”də
professor, “Hacı Qara”da
Dərviş, “Ulduz”da
Möhsün və digər yaddaqalan obrazlar yaradıb.
Sonda çıxış edən
sənətkarın qızı,
Bakı Dövlət Universitetinin dosenti Xanım Məmmədova tədbirin təşkilində
əməyi olanlara ailələri adından minnətdarlığını bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 25
dekabr.- S. 4.